Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçki keçirilib. SİA-nın Milli Televiziya və Radio Şurasının saytına istinadən verdiyi xəbərə görə, bu gün keçirilən iclasda "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası tərəfindən Quliyev Cəmil Elşad oğlu 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB