Muğanlı-İsmayıllı, İsmayıllı-Şəki avtomobil yolu təmir olunur FOTO

Muğanlı-İsmayıllı, İsmayıllı-Şəki avtomobil yolu təmir olunur FOTO

40 kilometr uzunluğunda olan Muğanlı-İsmayıllı avtomobil yolunda cari təmir işləri aparılır.

"Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, təmir işləri çərçivəsində yol boyu çiyin hissələr təmizlənərək bərkidilir, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.

Bundan başqa yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.

Anoloji təmir işləri deformasiyaya uğramış Qaraməryəmli-İsmayıllı-Şəki avtomobil yolunun 30-46-cı km-lik hissəsində də aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə