AMEA "YT Park”da rəqabətqabiliyyətli məhsullar istehsal edilir FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında elmin kommersiyalaşdırılması istiqamətində mühüm işlər görülür. Qurumdan SİA-ya verilən xəbərə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə həyata keçirilən yeniliklərlə tanış olmaq məqsədilə "YT Park"da olub. Müasir tələblərə cavab verən məhsulların istehsal şəraitinə və hərbi təyinatlı layihələri həyata keçirmək üçün yaradılan laboratoriyalara baxış keçirib.
Akademik Akif Əlizadə tədqiqat nəticələrinin yüksək elmtutumlu texnologiyalara transferi və hərbi təyinatlı yüksək texnologiyaların işlənilməsi istiqamətində "YT Park"ın fəliyyətini uğurlu nəticə kimi qiymətləndirib.
Görüşdə AMEA-nın vitse-prezidentləri, akademik İbrahim Quliyev, akademik Dilqəm Tağıyev, İşlər İdarəsinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşması idarəsinin rəisi Zülfüqar Fərzəliyev və digərləri iştirak ediblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB