Görkəmli kimyaçı alimin 100 illik yubileyi qeyd olunacaq

Görkəmli kimyaçı alimin 100 illik yubileyi qeyd olunacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) təşkilatçılığı ilə iyunun 29-30-da Əməkdar Elm Xadimi, akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan "Neft-kimya sintezi və mürəkkəb kondensləşmiş sistemlərdə kataliz" mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransın təşkilinin məqsədi alimin neft kimyası elminin inkişafındakı roluna bir daha nəzər salınması, dünyada aparılan elmi tədqiqatların inteqrasiyası və müasir prioritetlərin müəyyənləşdirilməsidir.

Qeyd edək ki, akademik B.Zeynalov neft karbohidrogenlərinin maye fazada oksidləşməsi ilə sintetik neft turşuları (o cümlədən sintetik naften turşuları), onların törəmələri və digər qiymətli maddələrin alınması və eləcə də onların əsasında plastifikatorların yaradılması sahəsində görkəmli alim olub.

Bütün xəbərlər Facebook səhifəmizdə