Bir ay ərzində Polşanın 5 şəhərində 110 xəstəxananın pasiyentləri üçün kitablar toplanacaq. "Zaczytani.org" fondunun sədri Aqneşka Pavlyakın sözlərinə görə, kitab yığımı bir ay - mayın 21-də Varşavada açılacaq kitab sərgisinə qədər davam edəcək.
Bu aksiya artıq üçüncü dəfədir keçirilir. Təşkilatçılar ötənilki kampaniya zamanı 150 min kitab toplayıblar. Aksiya üç nazirliyin və Varşava prezidentinin himayəsi ilə keçirilir. Təşəbbüsü məşhur şəxslər, ictimai təşkilatlar, firma və KİV-lər, o cümlədən "Polşa radiosu" dəstəkləyiblər. (AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB