Cocuq Mərcanlıda 1305 qəlpə aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 22-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1305 qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkar olunmayıb. Ümumilikdə 46 min 822 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın məlumatında deyilir ki, 64 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi doqquz partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 150 min 568 kvadratmetr ərazi yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 22-dək 5133 partlamamış hərbi sursat, tank əleyhinə 108 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 209 min 252 kvadratmetr ərazi yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə