YAP Gənclər Birliyinin təşkil etdiyi atıcılıq turnirinin final mərasimi keçirilib FOTOLAR! - SƏS TV
Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin təşkil etdiyi Aprel döyüşlərinə həsr olunmuş "Qələbədən Qələbəyə" adlı atıcılıq turnirinin bağlanış və fınal mərasimi keçirilib.
Tumirin açılışında çıxış edən "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin sədri Şahvələd Əliyev yarış iştirakçılarım salamlayaraq, YAP Gəncləri arasında təşkil olunan atıcılıq tumirinin vətənpərvərlik təbliğatı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olduğunu və belə tədbirlərin Silahlı Qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını, gələcəkdə də işğal altında olan rayonlarımızda da keçiriləcəyini əminliklə bildirib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Omcov gənclərə hərbi vətənpərvərlik duyğularının aşılanması, onlarınn döyüşə hazırlıq keyfıyyətlərinin və psixoloji dözümlülüklərinin yoxlanılması və güllə atıcılığına marağın artırılmasını vacibliyini qeyd edərək, fınal iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra iştirakçılar təhlükəsizlik qaydaları barədə təlimatlandırılmış və atıcılıq tumirinə fınalma start verilmişdir. Keçirilən tumirdə hər biri 4 nəfərdən ibarət 13 komanda olmaqla, 3 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 8 komanda yarim fınala vəsiqə qazanmış, daha sonra 5 komanda fınal yarışında iştirak edərək, tumirin qalibləri müəyyən olunmuşdır. Tumirin sonunda I, II və III yerlərin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB