Əflatun Amaşov: "Mətbuat Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıtmalıdır" AÇIQLAMA

Əflatun Amaşov: "Mətbuat Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıtmalıdır" AÇIQLAMA

"2017-ci il ölkəmizdə "İslam Həmrəylik İli" élan olunub. Azərbaycan İslam ölkəsi olmaqla yanaşı burada çoxsaylı mədəniyyət abidələri, eləcə də multukultural dəyərlər mövcuddur". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Təqribən 20 gündən sonra Azərbaycanda IV İslam Həmrəylik Oyunlarının açılış mərasiminin olacağını deyən Ə. Amaşov bildirib ki, 10 gün müddətində 60-a yaxın islam ölkəsindən 6 minə yaxın idmançı öz gücünü məhz Bakıda sınayacaq.

Mətbuat Şurasının sədri söyləyib ki, ölkəmizdə keçiriləcək mötəbər yarışın işıqlandırılmasında milli mətbuatın üzərinə çox böyük məsuliyyət düşür: "Azərbaycan mətbuatı baş verən hadisələr ilk növbədə obyektiv yanaşmalı, hansı ölkəni təmsil etməsindən asılı olmayaraq oyunlarda iştirak edəcək idmançılarba bağlı fərq qoymadan, qərəzsiz məlumatlar dərc etməlidir. Azərbaycan mətbuatı eyni zamanda Azərbaycanın imicini formalaşamasında da mühüm rol oynamalıdır. Mətbuat Azərbaycan mədəniyyəti, tarixi ilə bağlı materiallarla, xaricdən gələn qonaqları eləcə də dünya ictimaiyyətini məlumatlandırmalıdır. Bundan başqa Azərbaycan mətbuatı dünyaya ölkəmizin idman ölkəsi olması ilə bağlı mesajlar verməlidir".

Deputat qeyd edib ki, Azərbaycanda daha da böyük idman yarışlarının keçirilməsi üçün hər cür şərait var: "Çünki bundan öncə, Azərbaycanda I Avropa Oyunları, müxtəlif yarışlar keçirilib. Bu baxımdan ölkəmizin dünyaya idman və tolerant ölkə kimi tanıdılmasında mətbuatın üzərinə böyük missiya düşür ki, milli mətbuat bunu missiyanı yerinə yetirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə