Gəncə sakini damdan yıxılıb

Gəncə şəhər sakini 1960-cı il təvəllüdlü Nəcib Məhərrəmov yaşadığı evin damından yıxılıb. Yaxınlarının bildirdiyinə görə, N.Məhərrəmov evinin damında təmir işləri edərkən yıxılıb. O dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, onun vəziyyəti orta ağırdır. Araşdırma davam edir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə