"ASAN könüllüləri" nin növbəti 8-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıblar.
Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan "ASAN Könüllüləri Gənclər Təşkilatı"nın Master-2 layihəsi çərçivəsində 8-ci qrupunun üzvləri ilə görüş keçirilib.
SİA-nın məlumatına görə, görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olublar.
Tanışlıqdan sonra könüllü gəncləri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qəbul edib. O görüş zamanı bildirib ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyəti və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolu olduqca böyükdür: "Siz gənclərin bu işə könüllü qoşulması isə olduqca əhəmiyyətlidir. Gənclərin könüllü olaraq məhz Binəqədi rayon İcra Hakimiyyətini seçməsi sevdirici haldır".
Sonra gənclər Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıblar, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürüblər.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB