Daha bir yolda hərəkət məhdudlaşdırılır

Daha bir yolda hərəkət məhdudlaşdırılır

Paytaxtda daha bir yolda hərəkət məhdudlaşdırılır. "Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində müvafiq işlər aparılır.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə