Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 18-də və 19-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Miqrasiya üzrə Beynəlxalq Dialoqu çərçivəsində "2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal vəhdət istiqamətində beynəlxalq əməkdaşlığın və idarəetmənin gücləndirilməsi" mövzusunda Nyu-Yorkda keçirilən tədbirdə iştirak edir.
DMX-nin mətbuat xidmətinin məlumatında deyilir ki, BMqT-yə üzv dövlətlər tərəfindən 2016-cı il sentyabrın 19-da qəbul olunan "Qaçqınlar və miqrantlar üçün Nyu-York Bəyannaməsi"nin II Əlavəsində 2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal razılığın qəbul olunması məqsəd kimi qarşıya qoyulub. Həmçinin bu məqsədə çatmaq üçün BMqT-nin əsas siyasi forumu olan Miqrasiya üçün Beynəlxalq Dialoq çərçivəsində müzakirələrin aparılması qərara alınıb.
Miqrasiya üzrə Beynəlxalq Dialoq çərçivəsində keçirilən ilk tədbirdə miqrasiya sahəsində beynəlxalq idarəetmə və əməkdaşlığın müzakirə olunması nəzərdə tutulub.
Tədbirdə miqrasiya ilə bağlı davamlı inkişaf hədəfləri, o cümlədən miqrasiyaya dövlətin və cəmiyyətin yanaşması, eləcə də təhlükəli vəziyyətdə olan miqrantların müdafiəsi üzrə miqrasiya idarəetməsinin gücləndirilməsi, əmək miqrasiyasının asanlaşdırılması, beynəlxalq standartlara uyğun qayıdış və reinteqrasiyanın təşkili, həmçinin təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın sadələşdirilməsi üzrə əməkdaşlıq və icra mexanizmləri kimi mövzulara dair fikir mübadiləsinin aparılması planlaşdırılıb.
Bu tədbirin nəticələri Nyu-York Bəyannaməsində nəzərdə tutulduğu kimi, miqrasiyanın müxtəlif aspektlərini əhatə edən tövsiyələrin müəyyənləşdirilməsi və qlobal vəhdətin hazırlanması prosesinə töhfə verəcək. Hazırlanacaq qlobal vəhdət təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin edilməsinə, miqrantların hüquqlarının müdafiəsi və rifahının təmin edilməsinə, məcburi və qanunsuz miqrasiya hallarının və onun təsirlərinin azaldılmasına və böhranlar zamanı yerdəyişmələrin idarə edilməsinə yönələcək.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin çıxışı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB