Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi təmir olunaraq vətəndaşların istifadəsinə verilib.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təmir olunan küçənin uzunluğu 1 km, eni isə 10 metr təşkil edir.
Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bunun əvəzinə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə 10 min m2-dən çox sahənin asfaltlanması, bundan başqa səkilərin kənarlarına isə 1500 paqon-metr yeni səki daşının düzülməsi işləri aparılıb.
Təmir işləri çərçivəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilib, yeni yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bundan başqa zəruri olan yerlərə yol nişanları quraşdırılıb, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB