Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın Yer Elmləri, Biologiya və Tibb Elmləri Bölmələrinin doktorantları ilə görüşüb. AMEA-dan SİA-ya verilən məlumata görə, tədbirdə bu elmi bölmələr üzrə 2016-cı ildə fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə edilib.
Akademik Akif Əlizadə hər bir doktorantın dissertasiya mövzusu ilə tanış olub.
Görüşdə dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb, elmi sahələrin perspektiv inkişafı üçün prioritet mövzulara üstünlük verilməsi tövsiyə olunub.
Sonda dissertasiya mövzuları təsdiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB