AMEA -da doktoranturaya qəbulun nəticələri müzakirə edilib FOTOLAR

Aprelin 17-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi və Kimya Elmləri Bölməsinin doktorantları ilə görüşüb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə bu elmi bölmələr üzrə 2016-cı ildə fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə edilib.

Akademik Akif Əlizadə hər bir doktorantın dissertasiya mövzusu ilə tanış olub.

Görüşdə dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb, elmi sahələrin perspektiv inkişafı üçün prioritet mövzulara üstünlük verilməsi tövsiyə olunub.

Sonda dissertasiya mövzuları təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə