Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Komitə sədri Mübariz Qurbanlı aprelin 21-də Qobustan şəhərində İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul Qobustan şəhər Gənclər Mərkəzində saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB