Akif Əlizadə: "Qafqazşünaslar Erməni təcavüzü ilə bağlı həqiqətləri araşdırmalıdırlar"

Akif Əlizadə: "Qafqazşünaslar Erməni təcavüzü ilə bağlı həqiqətləri araşdırmalıdırlar"

"Bildiyiniz kimi Ermənistan bütün beynəlxalq hüquq normalarına pozaraq ölkəmizin 20 faizini işğal edib. 1 milyondan artıq insan qaçqın məcburi köçkün düşüb. Ermənistanın Azərbaycana qarşı təcavüzün dünyaya çatdırılmasında və bu işğala son qoyulmasında alimlər böyük rol oynaya bilər". SİA-nın xəbərinə görə, bunu AMEA prezidenti Akif Əlizadə Bakıda keçirilən Qafqazşünasların I Beynəlxalq Forumunda çıxış edərkən deyib. Onun sözlərinə görə, alimlər yuxarıda sadalanan məsələlərlə bağlı araşdırma aparmaqla region ölkələrinə bu işdə böyük yardımçı ola bilərlər: "Azərbaycan prezidentinin də söylədiyi kimi biz başqa ölkələrdəki prosesləri izləməklə həmin hadisələrin ölkımizə təsirini minimuma endirməliyik. Region dövlətlərində baş verənləri, böyük dövlətlərin regiona dair münasibətləri, münaqişələr alimlər tərəfindən geniş araşdırma apamalı elmi əsərlər ortaya qoymalıdırlar.Bu gün buna böyük ehtiyac var. Amma təbii ki bunu təkcə alimlər deyil, siyasətçilər və digərləri etməlidirlər. Azərbaycanda Qafqaşünasların Birinci Beynəlxalq Forumunun ölkəmizdə keçirilməsinin də əsas məqsədi elə bundan ibarətdir. Ümid edirik ki, bu, bizim işimizə böyük dəstək verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə