Dünyanın ən yaşlı qadını 118 yaşında vəfat edib

Dünyanın ən yaşlı qadını 118 yaşında vəfat edib

İtaliyada dünyanın ən yaşlı qadını Emma Morano vəfat edib. APA-nın verdiyi xəbərə görə, planetin ən yaşlı qadını hesab edilən E.Morano 118 yaşında dünyasını dəyişib.

E.Morano 1899-cu ildə İtaliyanın şimalındakı Pyemont vilayətində anadan olub. Son illər o Pyemontun Laqo-Macore gölü yaxınlığındakı evində yaşayıb. E.Moranonun ölümünün səbəbi açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə