Millət vəkili Musa Quliyev Milli Məclisin plenar iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı qanun layihəsinin 10-cu maddəsində yer alan sanatoriya və xəstəxanalarda siqaret üçün qapalı yerlərin ayrılmasına etiraz edib: "Xəstə və həkimlərə siqaret çəkmək üçün şərait yaradırıqsa, o zaman bu qanunu niyə qəbul edirik?".
M. Quliyev təklif edib ki, hər hansı müəssisə tələbi pozarsa, lisenziyası ləğv olunsun". Daha sonra çıxış edən deputat Qənirə Paşayeva da sulu qəlyanla bağlı məhdudiyyətin olmasını təklif edib. Millət vəkili İlham Əliyev də müalicə müəssisələrində siqaret üçün qapalı yerlərin əleyhinə olduğunu bildirib: "Mən seçkili orqana qədər Prezident Administrasiyasında çalışmışam. Sizə deyim ki, artıq 10 ildən çoxdur ki, Prezident Administrasiyasında siqaret çəkmək qadağan olunub".
Sonda spiker Oqtay Əsədov bildirib ki, qanun layihəsi birinci oxunuşda qəbul olunduğu üçün təklifi olan yazılı formada təqdim etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB