"Azərbaycanda filtrsiz siqaretin istehsalının qadağan olunması təklif edilib. SİA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Rüfət Quliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi müzakirə olunarkən deyib. O bildirib ki, filtrsiz siqaretlər insan səhhəti üçün ziyanlıdır: "Belə siqaretlər filtrli siqaretlərdən 3-4 dəfə çox ziyandır".
R. Quliyev çıxışında tütünlə mübarizə məqsədilə siqaretin qiymətinin artırılmasını təklif edib. Məsələ ilə bağlı fikirlərini bildirən deputat Tahir Kərimli isə deyib ki, qanunun icrasının həyata keçirilmə forması açıqlanmalıdır: "18 yaşına çatmayanların tütündən istifadə edilməsi qadağan olunub. Bunun əksi olacaqsa, burada hansı cəza nəzərdə tutulur? Bu, qeyd olunmalıdır. Bəzi dövlətlərin təcrübəsi tətbiq edilməlidir. Bu, ondan ibarətdir ki, tütün məlumatlarının qutularının üstündə törətdiyi fəsadların təsviri olmalıdır".
Milli Məclisin sədri Oqtay Əsədov T.Kərimliyə cavab olaraq deyib ki, bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB