"2030-cu ildə tütündən həyatını itirənlərin sayı 10 milyona çatacaq"

"2030-cu ildə tütündən həyatını itirənlərin sayı 10 milyona çatacaq"

"Hər il dünyada 5.4 milyon insan tütün istahlakından və onun törətdiyi xstəliklərdən həyatını itirir. Hesablamalar bu rəqəmin 2030-cu ildə 10 milyona çatacağını deyir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin bugünkü iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında"qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Tütünəqarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına qoşulmasına bamayaraq, ölkəmizdə də siqaretə aludəçiliyin dinamikası və bununla bağlı rəqəmlər heçdə ürək açan deyil: "Belə ki ölkə əhalisinin 24-44 yaşaarasındakı kişilərin 30 faizi, 45-64 yaşlılardan isə 51 faizi siqaret çəkir. Bu adamlar orta hesabla hər gün 16 ədəd siqaret istifadə edirlər. Rezonans haldır ki, son illər respublikamızda siqaret çəkən qadınların sayı artıb. Bu göstərici 1 faizə çatıb. Aparılan sorğular nəticəsində kişilərin 67.5 faizi qadınların 52.3 faizi isə ətrafdakı tütün hisindən əziyyət çəkirlər. Onu da qeyd edək ki, bu narazılıq əsasən cavanlar və ictimai yerlərdə üstünlük təşkil edir. Bu hesabat ölkə və şəxsi büdcəyə milyonlarla manat ziyan vurur".

H. Rəcəbli qeyd edib ki. bu aludəçilik daha sonra narkotik maddələrin qəbuluna həvəsi artırır.

Bütün xəbərlər Facebook səhifəmizdə