Psixoloq: “Valideynlər uşaqları məktəbə hazırlayarkən diqqətli olmalıdırlar” AÇIQLAMA
"Hər zaman nazları çəkilmiş, hər istədiklərini əldə etmiş kiçik yaşlı uşaqlar məktəb həyatına başlayanda müəyyən məsuliyyətləri dərk edir və kollektivə, müəlliməyə, qaydalara adaptasiya olana qədər çətin prosesdən keçirlər. Ona görə, valideynlər övladlarını məktəb həyatına öncədən düzgün hazırlamalıdırlar". Bunu SİA-ya açıqlamasında psixoloq Gülnarə Muxtarova deyib.
O qeyd edib ki, valideynlər uşaqları məktəbə hazırlayarkən diqqətli olmalıdırlar: "Məktəbə hazırlamaq üçün hələ məktəb yaşına çatmayan uşaqları çox artıq məlumatlarla yükləmək olmaz. Bəzən valideynlər kiçik yaşlı uşaqlar üçün yuxarı sinif şagirdlərinə aid kitablar alır, onlara aid məlumatların öyrənilməsini məcbur edirlər. Ancaq kiçik yaşlı uşaqların dərketmə bazasını nəzərə almaq lazımdır. Kiçik yaşlı uşaqlar məlumatı qavramaqda çətinlik çəkər, yorulduqlarını hiss edərlərsə, bu, onlarda məktəbdən öncə inamsızlıq yarada, özünü qiymətləndirmənin aşağı enməsi ilə nəticələnə bilər. Sonralar belə uşaqlar qavrama gücü çatdığı məlumatları da mənimsəməkdən qaçırlar. Ona görə valideynlər kiçik yaşlı uşaqların yaddaş, hafizə, təfəkkür qabiliyyətinə uyğun, yaş dövrünün tələb etdiyi məlumatları mənimsəməsinə çalışmalıdırlar".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB