Xəbərdarlıq: Pirallahı qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Pirallahı qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-nin mətbuat xidmətinin məlumatında deyilir ki, Bakı şəhərinin Pirallahı rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar aprelin 14-də saat 07:00-dan etibarən gün ərzində qəsəbədə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB