Dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin qeyri-leqal miqrasiya məqsədi ilə pozulması hallarının qarşısının alınması istiqamə­tin­də tədbirlər davam etdiril­ir.

DSX-dan SİA-ya verilən məlumata görə, 12.04.2017-ci il tarixdə həyata keçirilən tədbirlər nəticəsində Astara rayo­nu Alaşa kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı 17.03.1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.

13.04.2017-ci il tarixdə Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əmək­daşlarının birgə keçirdiyi tədbirlər nəticəsində Füzuli rayonu Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İran İslam Respublika­sından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı 21.09.1974-cü il təvəllüdlü İsmayıl Bərzigir Abbas oğlu saxlanılıb.

Hər iki fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə