Gəncədə turizm mövsümünə start verildi

Gəncədə turizm mövsümünə start verildi

Turizm mövsümünün başlanması ilə əlaqədar olaraq Gəncədən istirahət məkanlarına gedən yolların təmirinə başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hazırda işlər Gəncə-Toğanalı-Kələbəcər avtomobil yolunda aparılır. İlkin olaraq bu avtomobil yolunun genişləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hər il olduğu kimi bu ildə Gəncə, Göygöl şəhər və rayonlarına o cümlədən, Hacıkənd qəsəbəsinə ölkə daxilindən eləcə də xarici dövlətlərdən turist axını gözlənilir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə