Gəncədə qeyri-qanuni taksi sürücülüyü ilə məşğul olan şəxslərə qarşı reydlər keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkar edilib. Əsas məqsəd həmin sürücüləri qanun çərçivəsində fəaliyyət göstərməsinə nail olmaq eyni zamanda taksi fəaliyyəti ilə göstərilən dayanacaqlarda fəaliyyət göstərmələrini təmin etməkdən ibarət olub.
Gəncə Avtomobil Nəqliyyatı İdarəsindən açıqlanan rəsmi statistikaya görə, bu gün Gəncə şəhərində 800-ə yaxın sürücü taksi kimi fəaliyyət göstərir ki, bunlardan da son üç ayda 100 nəfəri fərqlənmə nişanı alıb.
Təkcə bir gün ərzində aparılan yoxlamalar zamanı 30 dan artıq sürücü cərimələnib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB