Daha bir şirkət Bakı Şopinq Festivalında

Bu gündən "Best Comp Group" şirkəti də Bakı Şopinq Festivalında qeydiyyatdan keçərək festvala qoşulub. Bununla da "Best Comp Group"un Bakının mərkəzində ayrı-ayrı ünvanlarda yerləşən mağazaları Bakı Şopinq Festivalının iştirakçı statusunu alıblar.

Bakılılar və şəhərimizin qonaqları mayın 10-dək Səməd Vurğun, 28 may, Fizuli, Atatürk küçələrində yerləşən məşhur "Bestel" və "Everbest" mağazalarında alış-veriş etməklə böyük güzəştlər əldə edəcəklər.

Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan həmin mağazalarda seçilmiş mallara 30 faizədək endirimlər təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq.

Bakı Şopinq Festivalı alıcıları "Baku Shopping Festival – Tax Free" loqosu olan "Best Comp Group" mağazalarında alış-veriş etməklə, öz büdcəsinə qənaət etməyə dəvət edir.

Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar "Baku Shopping Festival – Tax Free" stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/ linkində tanış olmaq olar.

Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə