Avropa Parlamentinin dəvəti ilə 9 aprel tarixindən Belçikada işgüzar səfərdə olan Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti səfərin sonuncu günündə də bir sıra görüşlər keçirib və müzakirələr aparıb.
SİA-nın məlumatına görə, görüşlərdə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradoviştirak ediblər.
Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin sədri xanım Anna Fotiqa ilə keçirilən görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionda sülh və sabitliyin təmin olunmasına maneə törətməsi və Avropa İttifaqının regionda sülhün təmin olunmasında daha fəal rol alması ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətimiz həmçinin AP üzvləri xanım Sandra Kalniete, cənab İvo Vayql, cənab Knut Flenkenştayn və xanım Heydi Hautala ilə də görüşlər keçirmiş, parlamentlərimiz arasında əməkdaşlığın mövcud durumu və gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Nümayəndə heyətinin Brüsselə səfəri başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB