Deputatlarımız Türkiyədə keçiriləcək referendumu müşahidə edəcəklər
Azərbaycan Respublikası Milli Məclisinin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 13-də Ankaraya səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətinin məlumatında deyilir ki, deputatlar Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə iştirak edəcəklər. Onlar digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər. Səfər aprelin 17-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB