Tillerson-Lavrov görüşü baş tutdu

ABŞ-ın dövlət katibi ilə Rusiyanın xarici işlər nazirinin danışıqları beş saat çəkib
Tillerson-Lavrov görüşü baş tutdu

Moskvada ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında danışıqlar, həmçinin onların birgə işçi lançı başa çatıb. Rusiya KİV-ləri xəbər verir ki, Tillerson ABŞ nümayəndə heyətinin qaldığı otelə qayıdıb. Nümayəndə heyəti üzvlərinin əhatəsində mehmanxanaya daxil olan dövlət katibi foyeyə toplaşmış jurnalistlərlə təmas qurmayıb.

Rusiya XİN-dən bildiriblər ki, işçi lanç da daxil olmaqla nazirlərin danışıqları beş saata yaxın davam edib.

Bir qədər əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Reks Tillerson və Sergey Lavrovun Prezident Vladimir Putin tərəfindən qəbul olunması ehtimalının mövcudluğunu bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə