Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə məscidlərin sökülməsinə münasibətini bildirib. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı jurnalistlərə açıqlama verən QMİ sədri bildirib ki, sökülən məscidlərin heç biri rəhbərlik etdiyi qurumun qeydiyyatından keçməyib: "Söhbət ümumi məscidlərdən gedirsə, mən heç vaxt məscidin sökülməsinin tərəfdarı ola bilmərəm. Amma o məscidlərin heç biri bizim qeydiyyatımızdan keçməyib. Mən heç onların yerini bilmirəm. Elə şeylər var ki, bütün dünyada qəbul olunub. Əgər kilsə və ya məscidin sökülməsi xalqın rifahına xidmət edən bir yolun inşaası üçündüsə, və ya orada xalqa vacib olan nəsə tikiləcəksə belə halda məscidlərin sökülməsinə yol verilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB