İki araşdırma mərkəzi arasında memorandum imzalanıb

Bu gün Bakıda keçirilən "İslam Həmrəyliyi: Dini və mədəni müxtəlifliyin harmoniyası" adlı beynəlxalq konfrans çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. SİA-nın xəbərinə görə, memorandum Fond ilə Araşdırmalar Mərkəzi arasında əməkdaşlığın qurulmasını ehtiva edir. Memorandumu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin baş katibi Halit Eren imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...