Kamal Abdulla: "Azərbaycan multikulturalizmi” fənni dərsliyi hazırlanır"

Kamal Abdulla: "Azərbaycan multikulturalizmi” fənni dərsliyi hazırlanır"

"İslam həmrəyliyi dünyadakı bütün dinlər arasında həmrəyliyi, həmahəngliyi nəzərdə tutur".SİA-nın xəbərinə görə, bunu Azərbaycan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bu gün "İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" adlı beynəlxalq konfransda deyib. Hazırda "Azərbaycan multikulturalizmi" fənni dərsliyinin hazırlanması üzərində iş aparıldığını deyən K.Abdulla söyləyib ki, bu dərslik Azərbaycan multikulturalizmi fənninin bütün sahələrini əhatə edəcək: "Dərslikdə Azərbaycan multikulturalizminin ən müxtəlif istiqamətlərdən işıqlandırılması nəzərdə tutulur. Bu fənni tədris edən bir çox xarici ölkə müəllimləri - məsələn, almaniyalı professorlar fənnin tədrisi zamanı Azərbaycan multikulturalizmini alman multikulturalizmi ilə müqayisə edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə