Aprelin 11-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında 2016-cı ilin yekunlarına həsr olunan "Ədəbi proses-2016" mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib.
Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda 1976-1984-cü illərdə ardıcıl olaraq ilin ədəbi proseslərinə həsr olunan yaradıcılıq müşavirələrinin keçirildiyini söyləyib. Builki yaradıcılıq müşavirəsinin təhlil istiqamətlərinin daha çoxcəhətli və mürəkkəb olduğunu deyən akademik İ.Həbibbəyli bildirib ki, bu müşavirələr Ədəbiyyat İnstitutunda yeni ədəbi nəslin formalaşmasında, onların istedadlarının üzə çıxarılmasında əhəmiyyətli rol oynayır və bura təqdim olunan məruzələrin elmi səviyyəsi ildən-ilə artır.

AMEA-nın vitse-prezidenti builki müşavirədə publisistika, rus dilində yaranan Azərbaycan ədəbiyyatının da təhlilə cəlb olunduğunu, ədəbi əlaqələrin Azərbaycan-Qərb ədəbiyyatı və Azərbaycan-türk xalqları ədəbiyyatı kimi təsnif edilərək iki istiqamətdə nəzərdən keçirildiyini diqqətə çatdırıb.
Akademik İ.Həbibbəyli ədəbi proses müşavirəsinin məruzələrindən ibarət kitabın nəşri barədə məlumat verərək qeyd edib ki, cari il 20 məruzəçi ədəbi prosesin bütün sahələrini əhatə edən müxtəlif mövzularda çıxış edəcəklər.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova "İlin ədəbi mənzərəsi", filologiya üzrə elmlər doktoru Cavanşir Yusifli "Poeziya", filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı "Roman (tarixi və müasir romanlar)", filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova "Povest", filologiya üzrə elmlər doktoru Vaqif Yusifli "Bölgələrdə dəbi həyat" və digər mövzularda məruzələr dinlənilib. Məruzələrdə 2016-cı ilin ədəbi mənzərəsinə nəzər salındı, həmçinin rus dilində yaranan Azərbaycan ədəbiyyatı, ədəbi əlaqələr və elmi tədqiqatlarla bağlı müzakirələr aparılıb.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB