Türkiyə 556 kilometr uzunluğunda beton sədd çəkib

Türkiyə 556 kilometr uzunluğunda beton sədd çəkib

Türkiyənin Milli Müdafiə Nazirliyi Suriya ilə sərhəddə beton səddin bir hissəsinin tikintisinin başa çatdığını bildirib. Bu barədə məlumat nazirliyin Twitter səhifəsində yer alıb. Məlumatda bildirilir ki, 556 kilometrlik beton səddi Müdafiə Nazirliyi və mənzil tikintisi məsələləri üzrə dövlət idarəsi birgə inşa edib. Sərhəd səddi eni 2 metr, hündürlüyü 3 metr, çəkisi 7 ton olan beton bloklardan ibarətdir. Ümumilikdə isə Türkiyənin Suriya ilə sərhədi boyunca 825 kilometrlik səddin tikilməsi planlaşdırılır.

Suriya tərəfindən terrorçuların, qaçaqmalçıların və sərhədi qanunsuz keçən insanların qarşısını almaq məqsədi daşıyan səddə hər 300 metrdən bir bütün müasir texniki müşahidə vasitələri və pulemyotlarla təchiz olunan qüllələr quraşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə