Bakı şəhərində iki ərazidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
Analoji işlər bu gün axşam 22:00-dan Heydər Əliyev prospektinin "Böyük Şor" yol qovşağından şəhər mərkəzinə doğru olan istiqamət üzrə köməkçi yolda aparılacaq. Rəngləmə işləri səhər saatlarınadək başa çatdırılacaq.
Bu müddət ərzində prospektin köməkçi yolu ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılaraq əsas yola yönəldiləcək.
Bundan başqa sabah səhər saatlarından etibarən Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində isə təmir işləri ilə əlaqədar olaraq 2 gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.
Məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə tətbiq ediləcək.
"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB