Nəsimi rayon İcra Hakimiyyəti növbəti humanist addım FOTOLAR

İmtina olunmuş fiziki qüsurlu 3 yaşlı Məmmədov Elmanın doğum gününü qeyd edildi

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində 2014-cü il təvəllüdlü imtina olunmuş fiziki qüsurlu Məmmədov Elmanın doğum günü münasibəti ilə şənlik təşkil edilib. SİA-nın verdiyi məlumata görə, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən körpələr evində yaşayan Məmmədov Elman üçün hədiyyələr, oyuncaqlar almış, uşaqların bayram şənliyinin maraqlı keçməsi üçün rəngarəng şarlar, meyvələr, şirniyyatlar və ad günü tortu təşkil edilib. Valideyn himayəsindən məhrum olmuş uşaqlar qonaqlarla birlikdə əylənmiş, rəqs ediblər.

Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi 2015-ci ildə Heydər Əliyev Fondunun tərəfindən əsaslı təmir olunmuş, burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqların yaşaması üçün hər cür şərait yaradılıb. Hal-hazırda bu körpələr evində valideyn himayəsindən məhrum olmuş 52 nəfər uşaq yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...