Prezident "Əməkdar mühəndis” fəxri adları verdi

Prezident "Əməkdar mühəndis” fəxri adları verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev inşaat işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilsin:

Abdullayev Qasım İsrafil oğlu

Albəndov Vəli Nəbi oğlu

Qasımov Qasım Məmməd oğlu

Quliyev Cəbrayıl Əliyar oğlu

Muxtarzadə İbrahim Qənbər oğlu

Mustafazadə Nasir Nadir oğlu

Papaqçıyev Yusif Paşa oğlu

Rəhimov Xudayar Hənifə oğlu

Seyidov Mirabdulla Ağa oğlu.

Bütün xəbərlər Facebook səhifəmizdə