Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisi keçirilir FOTO
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər "AITF 2017" sərgisi keçirilir. "Gilan Hospitality Group"a aid olan 13 "Qafqaz" otelini təmsil edir.
Sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Aprelin 8-dək davam edəcək sərgidə ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti, eləcə də ölkə daxilindəki istirahət imkanları ilə tanış ola biləcəklər.
Sərgidə Azərbaycanın 20-yə yaxın turizm şirkəti təmsil edir. Mehmanxana şəbəkələri, Azərbaycanın bir çox otelləri də sərgiyə qatılıb. "Gilan Hospitality Group"un satış meneceri sərgidə Fərid Dibirov təmsil etdiyi otellərlə bağlı məlumat verib: "Biz bu gün sərgidə "Gilan Hospitality Group"a aid olan 13 "Qafqaz" otelini təmsil edirik. Əlavə yeni brend altında olan "Şenot Palace Health Wellness Hotel"i də təmsil edirik. Bu otel sərgi iştirakçılarının çox marağına səbəb olur, onlar yeni otellə maraqlanırlar. Bizim Tufandağ otelinin kanat xətləri və xizək xətləri qonaqları çox cəlb edir. Bizdə əsasən Qəbələ üçün təkliflər çoxdur. Qəbələdə bizim 8 otelimiz yerləşir. Artıq üçüncü dəfədir ki, sərgidə iştirak edirik. İldən-ilə iştirakçıların sayı çoxalır".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB