“Ruh” Jurnalistləri Müdafiəsi İB yeni layihənin icrasına başlayıb
"Ruh" Jurnalistlərin Müdafiəsi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Sosial şəbəkələrdən faydalanmağın təbliği ilə vətəndaş cəmiyyəti quruculuğuna dəstək" layihəsinin icrasına başlayıb. 1 aprel – 30 iyun 2017-ci il tarixlərində gerçəkləşdiriləcək layihədən məqsəd Azərbaycanın müxtəlif bölgələrində yaşayan əhali qruplarına sosial şəbəkələrdən düzgün istifadəni təbliğ etməkdən, bu məkanı söz və ifadə azadlığının mühüm arealı kimi diqqətə çatdırmaqla hər bir şəxsin vətəndaş cəmiyyəti quruculuğundakı rolunu artırmaqdan, sosial şəbəkələrdəki zərərli tendensiyalar barədə maarifləndirmə işləri aparmaqdan ibarətdir.
Layihə çərçivəsində ölkəmizin Oğuz, İmişli və Qusar rayonlarında ictimaiyyət nümayəndələrini, dövlət qurumları təmsilçilərinin və gənclərin iştirakı ilə "dəyirmi masa"ların təşkili nəzərdə tutulur. Tədbir iştirakçıları sosial şəbəkələrdən istifadə zamanı vacib olan etik davranış qaydaları, bu müstəvidəki inzibati məsuliyyət növləri, məqsədli şəkildə həyata keçirilən anti-milli fəaliyyətin müxtəlif tərəfləri ilə əlaqədar məlumatlandırılacaqlar.
Qeyd edək ki, layihə çərçivəsində əhalinin sosial şəbəkələrə maraq dairəsindəki spesifik məqamları müəyyənləşdirmək üçün sorğu da təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB