"Aprel ayında havanın dəyişkən olması xarakterik haldır" AÇIQLAMA

"Aprel ayında havanın dəyişkən olması xarakterik haldır" AÇIQLAMA

"Ölkə ərazisində ötən gün axşam saatlarından müşahidə olunan qeyri-sabit hava şəraiti aprel ayı üçün xarakterikdir". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, digər illərdə də aprel ayında dağlıq və dağ ətəyi rayonlarda qarın yağması müşahidə olunub: "Ötən gün də əvvəlcədən xəbər verdiyimiz kimi axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib. Hava qeyri-sabit keçmiş, arabir şimşək çaxmış, dağlıq ərazilərdə isə qar yağıb. Yağıntılar bəzi bölgələrdə intensiv xarakter olub. Yağan qar dağlıq ərazilərdə əsasəndə Xınalıq və Daşkəsəndə qar örtüyü əmələ gətirib".

G.Məmmədova söyləyib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 12-dək davam edəcək: "Bu əsasən bölgələrimizə aiddir. Bakıda isə sabahdan mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Ötən gün səhər saatlarında havanın temperaturunun 2 dərəcə yüksək olduğunu deyən hidroloq ötən illərdə aprel ayında bundan da yüksək temperatur müşahidə olunub: "Burada heç bir anomaliya yoxdur. Apreldə belə dəyişkən hava şəraiti tez-tez müşahidə edilir".

Qeyd edək ki, dünən Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 21 dərəcəyədək isti qeydə alınıb. Axşamdan müşahidə olunan qeyri-sabit hava nəticəsində Xınalığa 30 sm qar yağıb.

Bütün xəbərlər Facebook səhifəmizdə