Goranboyda sərnişin avtobusu maşınla toqquşdu. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. Göygöl rayon sakini Namiq İmanova məxsus "Mercedes" markalı avtomaşınla Gəncə şəhər sakini Vüqar Bayramovun idarə etdiyi "Mercedes-Spirinter" toqquşub. Hadisə zamanı 1 sürücü olmaqla 3 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Sürücü Vüqar Bayramovun vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB