Gəncə və Göygöldə kütləvi dava olub

Gəncədə kütləvi dava olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin 1-ci mikrorayon deyilən ərazisində qeydə alınıb. İlkin məlumatlara görə, hadisə zamanı 30 yaşlı Balı Hacıyev burun sınığı diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Göygöl rayonunda da oxşar hadisə qeydə alınıb. Rayonun Yeni Qızılca kənd sakinləri Samir Əliyev, bacısı qızı eləcə də Gəncə şəhər sakini 20 yaşlı Aytac Məmədova döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəsarət alan şəxslər ifadələrində qonşu tərəfindən döyüldüklərini bildiriblər.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...