Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 9-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 2 min 793 ədəd qəlpə aşkar ediblər, mina və partlamamış hərbi sursat aşkar olunmayıb. Ümumilikdə 71 min 208 kvadratmetr ərazi (10 min 508 kvadratmetr əl ilə, 13 min 600 kvadratmetr mexaniki üsulla və 47 min 100 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
ANAMA-dan verilən məlumata görə, 51 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 22 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 millimetrlik minaatan mərmi (OF-832), 2 ədəd 120 millimetrlik minaatan mərmi (OF-843), 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 2 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 millimetrlik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi), 6 ədəd piyada əleyhinə mina (OZM-72) və 36 ədəd tank əleyhinə mina (12 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 1 milyon 518 min 477 kvadratmetr ərazi (449 min 420 kvadratmetr əl ilə, 431 min 900 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 524 min 157 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən aprelin 9-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 min 124 ədəd partlamamış hərbi sursat, 77 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 milyon 574 min 641 kvadratmetr ərazi (505 min 584 kvadratmetr əl ilə, 431 min 900 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 524 min 157 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB