Mübariz İbrahimov haqda film çəkilib

Filmdə Mübariz İbrahimovun yaşadığı gerçək məkanlardan istifadə ediləcək

Türkiyənin "İST Film" şirkəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat yolundan bəhs edən film çəkir. 2018-ci ildən kinoteatrlarda nümayiş olunacaq "Mübariz" adlı ekran işinin ilk tizer treyleri "Youtube kanalında yayılıb.

Film üçün açılan rəsmi "Facebook" səhifəsində isə ekran işi haqda məlumatlar da yayımlanıb: "2015-ci ildən bəri hazırlıqları davam edən Azərbaycan Milli Qəhrəmanı Şəhid Mübariz İbrahimovun həyatından bəhs edən filmin çəkilişləri 15 İyul hərbi çevrilişə cəhddən sonra təxirə salınsa da, 2017-ci ilin yaz aylarından "İST Film" tərəfindən davam etdiriləcək. Çəkilişlər Azərbaycanda baş tutacaq. Azərbaycan dövlət rəsmiləri ilə aparılan danışıqlar nəticəsində filmdə Mübariz İbrahimovun yaşadığı gerçək məkanlardan istifadə ediləcək.

Türkiyə və Azərbaycandan iki rejissor birlikdə çalışacaq. Proyektdə Azərbaycandan rejissor Samir Kərimoğlu, ssenarist Rəşad Süleymanoğlu və məşhur aktyor heyəti ilə birlikdə çalışılacaq. Döyüş səhnələrində Türkiyə və Azərbaycandan əlavə, Hollywood ilə Bollywood kinolarının dünyaca məşhur rejissorları ilə işbirliyi qurulacaq"

Bütün xəbərlər Facebook səhifəmizdə