Tütün inkişaf üçün təhlükədir

Dünya Tütünsüz Gününün devizi
Tütün inkişaf üçün təhlükədir

Hər il mayın 31-də Dünya Səhiyyə Təşkilatı (DST) və onun tərəfdaşları Dünya Tütünsüz Gününü qeyd edir, cəmiyyətin diqqətini tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə yönəldir və dövlətləri tütün istehlakı miqyasının azaldılması istiqamətində effektiv siyasət aparmağa çağırır. 2017-ci ildə Dünya Tütünsüz Gününün devizi belədir: "Tütün inkişaf üçün təhlükədir".

DST-nin saytı xəbər verir ki, təşkilat bütün ölkələri tütünə qarşı mübarizə səylərinə böyük önəm verməyə və bu səyləri 2030-cu ilə qədər Dayanıqlı İnkişafın Gündəliyinin icra olunması tədbirləri çərçivəsində fəallaşdırmağa çağırır.

Hər il təxminən 6 milyon insan tütündən istifadə nəticəsində həyatını itirir və mübarizə səyləri fəallaşdırılmasa, proqnozlara görə, 2030-cu ilə qədər bu rəqəm 8 milyonu keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə