Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 8-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 2672 qəlpə, tank əleyhinə iki ədəd "TM-57" minası aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 58 min 55 kvadratmetr ərazi (4955 kvadratmetr əl ilə, 12 min 100 kvadratmetr mexaniki üsulla və 41 min kvadratmetr minaaxtaran itlərin vasitəsilə) yoxlanılıb.
ANAMA-dan SİA-ya bildiriblər ki, 50 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi iki partlamamış hərbi sursat (4 ədəd 82 millimetrlik "OF-832", 2 ədəd 120 millimetrlik "OF-843" minaatan mərmisi, 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (2 ədəd "PQ-7VL" və 1 ədəd "PQ-7VM"), 2 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan "PQ-7VM" raketi, 1 ədəd "PQ-7" raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd "F-1" əl qumbarası, 1 ədəd 100 millimetrlik "OF-412" top mərmisi və 8 ədəd "TM-62P3" minasının gücləndiricisi, 6 ədəd piyada əleyhinə "OZM-72" mina və 36 ədəd tank əleyhinə mina (12 tank əleyhinə "TM-57" minası və 24 ədəd "TM-57" tank əleyhinə minanın partladıcısı "MVZ-57") aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 447 min 269 kvadratmetr ərazi (438 min 912 kvadratmetr əl ilə, 418 min 300 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 477 min 57 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən aprelin 8-dək cəmi 5123 partlamamış hərbi sursat, tank əleyhinə 77 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 501 min 933 kvadratmetr ərazi (493 min 576 kvadratmetr əl ilə, 418 min 300 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 477 min 57 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB