Bakı Şəhər Baş Polis İdarəsi aprelin 8-də paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb. İdarədən SİA-ya verilən məlumata görə, aprelin 8-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB