Baş redaktor: “Bu inkişafa ölkə başçımızın uzaqgörən siyasəti nəticəsində nail olmuşuq”

Baş redaktor: “Bu inkişafa ölkə başçımızın uzaqgörən siyasəti nəticəsində nail olmuşuq”

"Ölkəmizdə dövlət tərəfindən idmana göstərilən diqqət göz qabağındadır. Son illər Azərbaycanda keçirilən beynəlxalq səviyyəli mötəbər yarışlar onu deməyə əsas verir ki, ölkəmiz artıq ən böyük dövlətlər sırasında öz yerini alıb". Bu sözləri "Səs" qəzetinin IV İslam Həmrəyliyi Oyunları ilə bağlı keçirdiyi tədbirdə "Sport Time" jurnalının baş redaktoru yazıçı-jurnalist Jalə Rzabəyli bildirib.

Baş redaktor qeyd edib ki, bu inkişafa ölkə başçımızın böyük səyi, uzaqgörən siyasəti nəticəsində nail olmuşuq: "2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının möhtəşəmliyi hamımızın yaddaşındadır. Bildiyiniz kimi, may ayında paytaxtımızda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. 57 islam ölkəsi, minlərlə idmançı Oyunlarda ölkəsini təmsil edəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmiz daha bir nəhəng, olduqca əhəmiyyətli Oyunlara ev sahibliyi edəcək. İslam ölkələrinin həmrəyliyinə, birliyinə xidmət göstərən bu yarış ölkələrimiz arasında dostluq, turizm, idman və iqtisadiyyatın inkişafına daha da güclü təkan verəcək. Bu mötəbər yarışda ölkəmizə uğurlar, idmançılarımıza qələbə sevinci arzulayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə