MSK-dan qərar

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərar verib.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Zahid Zakir oğlu Əhmədov 57 saylı Kürdəmir, Nurəddin Hüseyn oğlu Əliyev 98 saylı Şəmkir şəhər, Cavid Akif oğlu Məmmədov 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Əhməd Muxtar oğlu Seyidov 49 saylı Yevlax – Mingəçevir, Abdulla Məhərrəm oğlu Sadıqov 98 saylı Şəmkir şəhər, İlqar Zirəddin oğlu Zeynalov 105 saylı Tovuz, Fazil Süleyman oğlu Hacıyev 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Bütün xəbərlər Facebook səhifəmizdə